Dmitri Rovneyko: “Azərbaycan onlardan zəifdir”
05.04.2022 - 17:59
Dmitri Rovneyko: “Azərbaycan onlardan zəifdir”

“Millətlər Liqasında yer aldığımız qrupda Slovakiya daha güclüdür və digərlərindən fərqlənir”.

Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin məşqçisi Dmitri Rovneyko deyib.

42 yaşlı mütəxəssis Millətlər Liqasında Slovakiya, Qazaxıstan və Azərbaycanla birlikdə yer aldıqları C liqasının III qrupunda şanslarını dəyərləndirib. O, ötən ay yoldaşlıq görüşündə məğlub etdikləri Hindistan (3:0) və Bəhreyni (1:0) Azərbaycan yığmasından güclü hesab edib: “Bəhreyn və Hindistan FIFA reytinqində Azərbaycan və Qazaxıstandan yüksəkdir. Əvvəllər Belçika, Çexiya və Uelslə oynamışıq. İndi isə Slovakiya ilə yanaşı, Azərbaycan və Qazaxıstanla da qarşılaşacağıq. Bu komandalar Slovakiyadan zəifdir”.

Qeyd edək ki, Belarus Millətlər Liqasında ilk oyununu iyunun 3-də səfərdə Slovakiyaya qarşı keçirəcək. Həmin gün Azərbaycan yığması Qazaxıstanın qonağı olacaq.