İngiltərənin “Aston Villa” klubu heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Birminhem təmsilçisi qış fasiləsində arxa xətti gücləndirməyə qərar verib.
“Aston Villa” Türkiyənin “Beşiktaş” klubunda çıxış edən Domaqoy Vidanı heyətinə qatmaq istəyir. Xorvatiya millisinin mərkəz müdafiəçinin keçidi ilə bağlı danışıqlara da start verilib.
Lakin tərəflər transferin qiymətində ortaq məxrəcə gələ bilmir. Birminhemlilər 30 yaşlı futbolçu üçün 6 milyon avro verirsə, istanbullular 10 milyon tələb edir.
Qeyd edək ki, D.Vidanın müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı