Dördüncü divizion klubu 1/4 finalda – 27 ildən sonra
03.02.2021 - 10:54
Almaniya kubokunun 1/8 final mərhələsi sensasiya ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 4-cü divizion təmsilçisi “Rot-Vayss” 1/4 finala yüksəlib.
Qərbi Regionalliqada mübarizə aparan Essen təmsilçisi “Bayer”ə qalib gəlib. Aşağı liqa klubu Leverkuzen təmsilçisini əlavə vaxtda vurulan qolla mübarizədən kənarlaşdırıb – 2:1.
Bu, “Rot-Vayss”ın tarixində 6-cı belə uğurdur. Komanda 1/4 finala sonuncu dəfə 27 il öncə - 1993/94 mövsümündə çıxıb.
Qeyd edək ki, Azərbaycan kubokunda I divizion təmsilçisi “Kəpəz” 1/4 finala yüksəlməklə sensasiyaya imza atıb.
0
0
Rot-Vayss
Bayer
Almaniya kuboku