Daha bir milli komanda dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin F qrupunda yer alan Danimarka yığması gələn il mundialda iştirak etmək hüququna yiyələnib.
Kasper Hyulmandın yetirmələri VIII turda Avstriya ilə görüşün ardından qrup birinciliyini təmin edib. İlk 7 turda qələbələri sıralayan danimarkalılar Avstriyanı da 1:0 hesabı ilə üstələyib. Bununla xallarının sayını 24-ə yüksəldən Danimarka ən yaxın izləyicisi Şotlandiya ilə 7 xallıq fərqi qoruyub. Bu isə son iki turu onlar üçün formallığa çevirib.
Qeyd edək ki, seçmə mərhələdən DÇ-2022-yə vəsiqə qazanan ilk komanda dünən Almaniya olub. Qətər yığması isə ev sahibi kimi mundiala qatılacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər