Dünya çempionatında ilk finalçı dəqiqləşdi
18.12.2019 - 02:14
Dünya çempionatında ilk finalçı dəqiqləşdi

Qətərdə keçirilən klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Braziliyanın “Flamenqo” komandası həlledici matçda iştirak hüququ qazanıb. 

Libertadores kubokunun qalibi yarımfinalda “Əl-Hilal”ı (Səudiyyə Ərəbistanı) məğlub edib. Onlar 3:1 hesabı ilə qələbə qazanıblar. 

“Flamenqo”nun rəqibi dekabrın 18-də keçiriləcək “Liverpul” (İngiltərə) - “Monterrey” (Meksika) qarşılaşmasında müəyyənləşəcək. 

Dünya çempionatında 5-ci yer uğrunda matç da baş tutub. Bu oyunda yerli “Əl-Sədd”ə 6:2 hesabı ilə qalib gələn Tunis “Esperans”ı sonuncu olmaqdan qaçıb. 

Klublararası dünya çempionatı
5-ci yer uğrunda
17 dekabr

“Əl-Sədd” (Qətər) – “Esperans” (Tunis) – 2:6

1/2 final
“Flamenqo” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 3:1
 

0
dünya çempionatı Qətər Flamenqo