Dünya çempionatının ev sahibliyinə namizəd oldu - Braziliya
22.09.2021 - 13:00
Klublararası dünya çempionatı bu il Braziliyada keçirilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Braziliya şəhərinin meri Eduardo Paes açıqlayıb.
O bildirib ki, Rio-de-Janeyro builki turnirə ev sahibliyi etməyə hazırdır: “Rio yarışı Braziliyaya gətirmək istəyir. Biz də bunun üçün çalışırıq”.
O da əlavə olunub ki, Eduardo Paes məsələ ilə əlaqədar FİFA rəhbərliyi ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Klublararası dünya çempionatının dekabrda Yaponiyada keçirilməsi nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası səbəbindən Yaponiya hökuməti bundan imtina edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0