Dünya çempionu futbol meydanında
04.02.2022 - 10:54
WBA Super, WBO, İBF və İBO versiyaları üzrə ağır çəkili boksçular arasında dünya çempionu Aleksandr Usik peşəkar futbolda debüt edəcək.
Apasport.az saytının məlumatına görə, Ukraynanın birinci dəstə klubu “Polesye”nin düşərgəsində olan məşhur boksçu komanda ilə birlikdə Türkiyə toplanışındadır.
O, burada komandası ilə hazırlıq xarakterli “Winter Cup 2022” turnirində də çıxış edəcək. Usikin peşəkar klubda ilk matçı bu gün baş tutacaq. “Polesye” “Veres”lə üz-üzə gələcək.
Qeyd edək ki, London-2012 Yay Olimpiya Oyunlarının çempionu 2013-cü ildən peşəkar rinqdə çıxış edir.
0
0