Dünya reytinq siyahısında 1 azərbaycanlı var – QURBAN QURBANOV
05.04.2022 - 10:27
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssis yer alıb.
Azərbaycan reytinq siyahısında yalnız bir çalışdırıcı ilə təmsil olunub. Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur.
50 yaşlı mütəxəssis 1588 xalla planetin 225-cısidir. O, ötən reytinqlə müqayisədə bir addım irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2193) başçılıq edir. Onu Yurgen Klopp (2116) və Joze Mourinyo (2074) izləyir.
0
0