Durumuna aydınlıq gəldi - Fatinin
08.11.2020 - 12:35
Durumuna aydınlıq gəldi - Fatinin

İspaniya La Liqasının IX turunda “Betis”lə keçirilən oyunda zədələnən “Barselona”nın hücumçusu Ansu Fatinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, gənc forvardın uzun müddət komandadan uzaq qalacağı bildirilib.

Əzələsi cırılan 18 yaşlı oyunçunun əməliyyat olunub-olunmaması müzakirə olunur. Əgər əməliyyata ehtiyac olarsa, İspaniya millisinin üzvü ən azı yanvara qədər yaşıl meydanlardan uzaq qalacaq. Ancaq əməliyyat olunmasa, martda sıraya dönə bilər.

Qeyd edək ki, “Barselona”nın “Betis” üzərində 5:2 hesabı ilə qalib gəldiyi görüşdə Fati fasilədən sonra əvəzlənib.

0