Dəyişiklik - yığmamızın heyətində
23.05.2021 - 12:45
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək yığmamız daha bir futbolçu - "Sabah"ın üzvü Bəhlul Mustafazadə - dəvət olunub.
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) əsas yığmanın 23-24 may tarixlərində Bakıda keçiriləcək məşqlərində iştirak edəcək.
- Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı
- Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
- “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
0
0