Dəyəri ən çox artan klublar – 2022-ci ildə
06.03.2022 - 12:37
Dəyəri ən çox artan klublar – 2022-ci ildə

2022-ci il yanvarın 1-dən bəri dəyəri ən çox artan klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, aparılan araşdırmaya əsasən, ilin ilk iki ayında futbolçularının transfer qiymətində ən çox sıçrayış olan komanda “Barselona”dır.

Bu qısa müddət ərzində kataloniyalıların oyunçularının dəyərində 146 milyon avroluq yüksəliş nəzərə çarpır. La Liqa təmsilçisi bu baxımdan ən yaxın izləyicisini iki dəfədən də çox qabaqlayır.

1. “Barselona”
Dəyəri: 846,2 milyon avro
Son iki ayda artan dəyər: 146 milyon avro

2. “Nyukasl”
Dəyəri: 316,7 milyon
Son iki ayda artan dəyər: 68 milyon

3. “Bayer”
Dəyəri: 521,2 milyon
Son iki ayda artan dəyər: 54 milyon

4. “Zalsburq”
Dəyəri: 230,9 milyon
Son iki ayda artan dəyər: 45 milyon

5. “Valensiya”
Dəyəri: 315,8 milyon
Son iki ayda artan dəyər: 43 milyon

6. “Bornmut”
Dəyəri: 170,2 milyon
Son iki ayda artan dəyər: 42 milyon

7. “Vilyarreal”
Dəyəri: 430,2 milyon
Son iki ayda artan dəyər: 40 milyon

8. “Everton”
Dəyəri: 432,5 milyon
Son iki ayda artan dəyər: 39 milyon

9. “Palmeyras”
Dəyəri: 184,5 milyon
Son iki ayda artan dəyər: 38 milyon

10. “İnter”
Dəyəri: 561,9 milyon
Son iki ayda artan dəyər: 36 milyon