Eden Azar qayıtdı
05.02.2020 - 17:30
"Real"ın hücumçusu Eden Azar sıraya dönüb.
Apasport.az saytının məlumatına görə, belçikalı ulduz futbolçu artıq kollektivə qoşulub.
29 yaşlı oyunçu bu gün komandanın məşqinə qatılıb və kollektivlə birlikdə hazırlaşıb. Noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə oyunda zədələnən Azar həmin vaxtdan bəri heç bir oyunda iştirak etməyib. Futbolçunun artıq komandaya kömək etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, "Real" növbəti matçını sabah İspaniya Kral Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Real Sosyedad"a qarşı keçirəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0