Eden Azar qayıtdı
11.02.2020 - 22:50
"Real"ın hücumçusu Eden Azar zədəsini sağaldıb.
Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu kollektivlə birlikdə məşqlərə qoşulub.
29 yaşlı oyunçu artıq yaşıl meydanlara dönüşünü qeyd etməyə hazırlaşır. Onun İspaniya La Liqasının XXIV turu çərçivəsində fevralın 16-da "Selta"ya qarşı keçiriləcək ev matçında iştirak ərizəsinə salınması gözlənilir.
Qeyd edək ki, Eden Azar noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsinndə PSJ ilə keçirilən (2:2) görüşdə zədələnib.
0
0