Ekvadorlu forvard Edson Montananın "Qarabağ"a keçidi baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, ölkəsində “Aukas” klubunun formasını geyinən 28 yaşlı futbolçunun durumu məşqçilər korpusunu qane etməyib.
Onlar ilkin baxışda forvard haqda müsbət fikirdə olsalar da, sonda fikirlərini dəyişiblər. "Qarabağ"ın məşqçilər korpusu “ikinci mərtəbədə”ki oyunu ilə diqqət çəkən cənubi amerikalı haqda müsbət rəy verməyiblər və keçid reallaşmayıb.
Qeyd edək ki, Edson karyerası ərzində “Barselona”, “El Nasyonal”, “Klan Yuvenil” (hamısı Ekvador), “Nyukasl Yunayted Jets” (Avstraliya) və “Gent” (Belçika) klublarında oynayıb. Ölkəsinin U-20 komandasında 13 matça 5 qol vuran futbolçu əsas yığmada 4 oyuna çıxıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı