Elmar Baxşıyev: “Qarabağ” bizi ciddiyə alır"
06.03.2022 - 21:16
Elmar Baxşıyev: “Qarabağ” bizi ciddiyə alır"

“Fasilədən sonra komandanın oyununda eniş olduğunu deməzdim. Sadəcə “Qarabağ”ı dəyərləndirmək lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

42 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının “Qarabağ”la səfər matçı (1:5) barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “İkinci hissədə tempi artırdı. Qəbələdəki matçdan sonra da demişdim ki, “Qarabağ” imkan verdiyi qədər oynamağa çalışırsan. İkinci hissədə təzyiqi artırdılar. Mövsüm ərzində “Qarabağ” “Qəbələ”yə qarşı həmişə optimal heyətlə çıxır. Bu da bizi sevindirir. Bizi ciddiyə alırlar. Komanda olaraq nəyəsə nail olmuşuq ki, ən optimal heyətlə çıxırlar”. 

Mütəxəssis komandasından narazı qalmadığını qeyd edib: “Ümumi götürəndə komandamız maksimumu ortaya qoydu. Çatışmayan cəhətlər var idi. Ümumi götürəndə komanda meydanda əlindən gələni etməyə çalışırdı”.

Baxşıyev “Qarabağ”la qarşıdakı bir çempionat və iki kubok oyunu barədə də ümidli danışıb: “Təslim olmaq fikrimiz yoxdur. “Qarabağ” adlı-sanlı komanda olsa da, komandama inanıram. Bu rəqibə qarşı layiqli müqavimət göstərəcəyik”.