“Çətin səfər oyunu olacağını bilirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VIII turunda “Keşlə” ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.
“ASK Arena”da rəqibi üzərində 3:2 hesablı qələbə qazanan “qırmızı-qaralar” 3-cü pillədəki mövqeyini möhkəmlədib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Baxşıyev süni örtükdə oynamağa öyrəşmədiklərini söyləyib: “Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxacağıq. Digər futbolçularım kimi, Ülvi İsgəndərlinin də çıxışından, yanaşmasından razıyıq. Bu gün meydanda ən yaxşısını etməyə çalışdı”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir