Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu "Vulverhempton" tərəfindən Avropa Liqasının pley-offuna sifariş olunması birmənalı qarşılanmayıb.
Apasport.az saytının məlumatına görə, gənc forvardın avrokubokda iştirak etmək ehtimalı sevindirici olsa da, onun Almaniya vətəndaşı kimi sifariş olunması bir o qədər məyusedicidir.
Uzun illər Almaniyada yaşayan Renat sonradan milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunub. "Vulverhempton" tərəfinin bilərəkdən və ya səhvən bu yanlışlığa yol verdiyi, ümumiyyətlə, məsələ ilə bağlı dolğun məlumat əldə etmək üçün AFFA-ya müraciət etmək qərarına gəldik. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla zənglərimizi cavabsız qoydu. Daha sonra icraçı vitse-prezident Elxan Məmmədovla əlaqə saxladıq. Məmmədov əvvəlcə haradan zəng vurduğumuzu öyrəndikdən sonra səs gəlmədiyini bildirib, danışığı dayandırdı. İkinci cəhdimizi də cavabsız qoymadı. Ancaq bu dəfə də "məşğulam, sağ olun" deyərək, sualı eşitməyə belə lüzum görmədi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı