Elxan Məmmədovun rəhbər olduğu komitənin iclası keçirilib
29.04.2020 - 22:07
Elxan Məmmədovun rəhbər olduğu komitənin iclası keçirilib

Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. 

İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.