Elxan Məmmədovun sədri olduğu UEFA-nın komitəsində iclas keçirilib
24.06.2020 - 10:08
Elxan Məmmədovun sədri olduğu UEFA-nın komitəsində iclas keçirilib

UEFA videokonfrans formatında növbəti iclasını keçirib.

Apasport.az saytının məlumatına görə, bu dəfə qitə futbol qurumunun Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti toplantısı baş tutub.

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videokonfrans formatında təşkil olunub. Videogörüşdə cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.
 

0