Emil Balayev “Tobol”da nə qədər maaş alırdı?
04.02.2020 - 10:18
Emil Balayev “Tobol”da nə qədər maaş alırdı?

Azərbaycan milli komandasının futbolçusu Emil Balayev Polşa klublarına təklif olunan futbolçular siyahısında yer alıb.

Apasport.az saytının məlumatına görə, qapıçı ötən il Qazaxıstan çempionatında oynayan, lakin hazırda klubsuz qalan futbolçulardan biri kimi bu siyahıya daxil edilib.

“Tobol”un heyətində Premyer Liqanın ən yaxşı qolkiperi seçilən E.Baleyevə yalnız ən zəngin Polşa klublarının sahib çıxa biləcəyi də qeyd olunur. Həmkarlarımız bunu qapıçının Qazaxıstanda yüksək maaş alması ilə izah edir: “Emil Balayev əsas transferlərdən biri ola bilərdi. Şübhəsiz ki, “Tobol”un aparıcı oyunçularından biri idi. O, bu klubda ilə 200 min, aya təxminən 17 min dollar qazanırdı. Buna görə də qapıçı yalnız ən varlı Polşa klublarının imkanları daxilindədir”.

Qeyd edək ki, Kostanay təmsilçisindən ayrılan E.Balayev hazırda klub axtarışındadır.