Emil Balayevə Qazaxıstandan təklif
05.02.2020 - 13:12
Emil Balayevə Qazaxıstandan təklif

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda qala bilər.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı qolkiper bir klubdan təklif alıb.

"Tobol"dan yenicə ayrılan Balayevin xidmətində maraqlı olan komanda "Kaysar"dır. Avropa Liqasında iştirak hüququ qazanan Qızılorda təmsilçisi qapı xəttini gücləndirmək niyyətindədir. "Kaysar" bu baxımdan təcrübəli və Qazaxıstana uyğunlaşmış Balayevə üstünlük verir.

Qeyd edək ki, Emil Balayevin Qazaxıstan, Rusiya və Azərbaycan klublarının maraq dairəsində olduğu bildirilir.