Emil Balayev baş məşqçisi istefa verdi
06.04.2022 - 14:49
Emil Balayev baş məşqçisi istefa verdi

Azərbaycan millisinin qapıçısı Emil Balayevin yeni komandası “Turan”da baş məşqçi istefası reallaşıb.

Apasport.az saytı xəbər verir ki, Qazaxıstan klubu sosial şəbəkə vasitəsilə Vladimir Qazzayevlə yollarını ayırdığını bəyan edib.

Bildirilib ki, ölkə çempionatının IV tur matçından sonra 42 yaşlı mütəxəssisin ailə vəziyyətinə görə müqaviləyə hər iki tərəfin razılığı əsasında xitam verib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Kuanış Kabdolov yerinə yetirəcək.

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov da bu yaxınlarda “Turan”da Qazzayevin köməkçisi təyin olunub. Bu istefanın ardından gənc mütəxəssisin də gələcək taleyi sual altına düşə bilər.

Qeyd edək ki, “Turan” Vladimir Qazzayevin rəhbərliyi altında üç görüşdən sonra 1 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.