Emreli oynadı, “Dinamo” qalib gəldi
24.02.2022 - 23:42
Emreli oynadı, “Dinamo” qalib gəldi

Avropa Liqasında pley-offun cavab oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su ev matçına çıxıb.

Xorvatiya klubu öz meydanında “Sevilya”nı qəbul edib. Səfərdə 1:3 hesabı ilə uduzan zaqreblilər meydana revanş arzusu üçün çıxıb.

Mahir bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, qarşılaşmanın 62-ci dəqiqəsində meydana daxil olub. Az sonra Xorvatiya təmsilçisi penaltidən hesabı açsa da, oyunu əlavə vaxta daşıyacaq ikinci qolu vura bilməyib - 1:0.

Qeyd edək ki, Emrelinin “Dinamo”dakı debütü məhz bu rəqiblə ilk matça təsadüf edib.