Eriksen Milanda - "İnter" üçün
27.01.2020 - 14:11
"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen "İnter"ə keçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, klublar bu transferdə ortaq məxrəcə gəliblər.
Danimarka millisinin üzvü də artıq Milana yollanıb. 27 yaşlı orta sahə oyunçusu "neradzurra"da tibbi müayinədən keçəcək və ardından rəsmi müqavilə bağlayacaq. Bu transfer "İnter"ə 20 milyon avroya başa gəlib. Bu məbləğin 2 milyonu "Ayaks"a çatacaq. Eriksenin yeni komandasında illik qazancı 10 milyon avro olacaq.
Qeyd edək ki, Kristian Eriksen 2013-cü ildən bəri "Tottenhem"də çıxış edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0