Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland tezliklə yeni komanda seçimini edəcək.
Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü qarşıdakı həftələrdə gələcəyi ilə bağlı qərarını verəcək.
21 yaşlı forvard uğrunda mübarizənin favoritləri “Mançester Siti” və “Real” hesab olunur. İspaniya nəhəngi PSJ-dən Kilian Mbappeni bu yay, bir il sonra isə Halandı almağı planlaşdırırdı. Lakin ingilislərin rəqabətə qoşulması “kral klubu”nu Halandla yayda müqavilə bağlamağa məcbur edə bilər.
Ulduz futbolçu özü isə İspaniyaya köçməyə daha yaxın görünür. Çünki o, Marbelyada 6,5 milyon avroya ev alır.
Qeyd edək ki, Erlinq Haland “Barselona”nın da diqqət mərkəzindədir.