Erlinq Haland Norveç millisinin heyətindən kənar qalıb.
Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sının baş məşqçisi Marko Roze açıqlayıb.
Almaniya təmsilçisinin çalışdırıcısı bildirib ki, ulduz hücumçu zədə səbəbindən yığmadan kənar düşüb. Forvard DÇ-2022-nin oktyabrda keçiriləcək seçmə oyunlarında iştirak etməyəcək.
Norveç millisi oktyabrda iki matça çıxacaq. Şimallılar ayın 8-də Türkiyə, 3 gün sonra Monteneqro ilə qarşılaşacaq.
Qeyd edək ki, Haland cari mövsümün 8 oyununda 11 qol və 4 assistə imza atıb. O, zədə səbəbindən “Borussiya”nın son iki matçını da buraxıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər