Ermənistanın oyununa təyinat aldı – azərbaycanlı hakim-inspektor
10.08.2021 - 16:19
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaqlar.
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.
0
0