İspaniyanın “Barselona” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi çalışdırıcısı Ernesto Valverde ilə vidalaşıb.
Onun əvəzinə artıq yeni baş məşqçi də təsdiqlənib. “Barselona” 61 yaşlı Kike Setyenə həvalə olunub. “Betis”in sabiq çalışdırıcısı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Bu gün onun rəsmi təqdimatı olacaq.
Qeyd edək ki, 2017-ci ildən “Barselona”nın “sükanı arxası”nda olan Valverde komandanı 163 rəsmi matça çıxarıb. O, bunlardan 108-də (66 faiz) qələbə qazanıb, 35-də heç-heçə (22) edib və 20-də (12) məğlub olub.
“Barselona” La Liqada 19 turdan sonra 40 xalla birinci pillədədir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı