FİFA mükafatlarının sahibləri - ADLAR
17.01.2022 - 23:18
FİFA mükafatlarının sahibləri - ADLAR

FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.

Mərasimdə müxtəlif nominasiyalar üzrə 2021-ci ilin ən yaxşıları açıqlanıb. Bütün mükafatların sahiblərini təqdim edirik:

Bombardirliyi üçün FİFA-nın xüsusi mükafatı - Kristina Sinkleyr (Kanada)
İlin qadın qapıçısı – Kristian Endler (Çili/PSJ/ “Lion”)
İlin kişi qapıçısı – Eduar Mendi (Seneqal/“Çelsi”)
Puşkaş mükafatı – Erik Lamela (Argentina/ “Tottenhem”) “Arsenal”ın qapısına vurulan qol
Feyr-pley mükafatı – Danimarka yığması və tibbi personalı (Kristian Eriksenin ürəyi dayandığı Finlandiya ilə matçdakı davranışına görə)
İlin qadın məşqçisi – Emma Heys (İngiltərə/“Çelsi”)
İlin kişi məşqçisi – Tomas Tuxel (Almaniya/“Çelsi”)
Azarkeş mükafatı – Danimarka və Finlandiya yığmalarının azarkeşləri (Kristian Eriksenin ürəyi dayandığı matçdakı davranışına görə)
İlin qadın futbolçusu – Aleksiya Putilyas (İspaniya/“Barselona”)
İlin kişi futbolçusu – Robert Levandovski (Polşa/“Bavariya”)
Beynəlxalq arenadakı ən yaxşı bombardir - Kriştiano Ronaldo (Portuqlaiya/“Yuventus”/“Mançester Yunayted”)