İspaniya Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebas FİFA-nı fırıldaqçılıqda ittiham edib.
Apasport.az saytının məlumatına görə, Tebas hesab edir ki, ali futbol qurumu öz sorğusunda saxtakarlığa yol verir.
Qurum rəhbəri fikrini bu cür əsaslandırıb: “FİFA araşdırmasının nəticəsi onun başlığı ilə ziddiyyət təşkil edir. Bütün yaşda olan insanlar dünya çempionatının dörd ildən bir keçirilməsini üstün tutur və sorğudakı fərq böyükdür. FİFA da öz məlumatlarını manipulyasiya edərsə, nə dərəcədə etibarlı olar?”
Qeyd edək ki, FİFA rəsmi saytı vasitəsilə azarkeşlərə “dünya çempionatı 2, yoxsa 4 ildən bir keçirilsin?”, - sualını ünvanlayıb. Sorğuya qatılan respondentlərin çoxu (45 faizi) yarışın 4 ildən bir təşkilinin tərəfdarı olsa da, qurumun yazıya qoyduğu başlıq belədir: “Azarkeşlərin çoxu dünya çempionatını daha tez-tez keçirməyi dəstəkləyir”.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi