Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik FİFA-nın ilin ən yaxşıları ilə bağlı apardığı sorğunun nəticələrinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis ən yaxşı baş məşqçi seçilmədiyi üçün narazılığını dilə gətirib.
O, ötən mövsümü parlaq keçirdiklərini söyləyib: “Həyat davam edir. Əlbəttə, məyus olduq, amma adi haldır. İlk “üçlüy”ə düşəndə qazanmaq istəyirsən. Yüksək nailiyyətlər dünyasında yaşayırıq, buna görə həmişə qazanmaq istəyirik. Hər şey öz qaydasında davam edir. Fövqəladə mövsüm keçirdik, Manuel Noyer və Robert Levandovski ən yaxşı seçildi. Yeni hədəflərimiz var”.
Qeyd edək ki, FİFA ardıcıl ikinci dəfə İngiltərənin “Liverpul” klubunun çalışdırıcısı Yurgen Klopp ən yaxşı baş məşqçi seçib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”