Fati “Bavariya” ilə oyuna hazır olacaq?
01.12.2021 - 14:55
Fati “Bavariya” ilə oyuna hazır olacaq?

“Barselona”nın hücumçusu Ansu Fati zədəsini tam sağaldıb.

Apasport.az saytının məlumatına görə, gənc forvard Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Bavariya” ilə matçda iştirak edə bilər.

Bud nahiyəsindən zədə alan İspaniya millisinin üzvü müalicədən sonra bərpa prosesi keçir. Həkimlər bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 8 oyunda 4 qol vuran 19 yaşlı oyunçunun vacib qarşılaşmaya hazır olacağını düşünür.

Qeyd edək ki, son tur öncəsi “Bavariya” 15 xalla birinci, “Barselona” isə 7 xalla ikinci pillədə qərarlaşıb. Bu komandalar arasında Münhendəki görüş dekabrın 8-də keçiriləcək.