"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun prezidenti seçilə bilər.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır.
İstanbul nəhənginin mövsümün sonlarına yaxın erkən seçim qərarı verməsi gözlənilir. 67 yaşlı mütəxəssis bu vəzifə uğrunda hazırkı rəhbər Mustafa Cengizə rəqib olacaq. Hətta bildirilir ki, Terim prezident seçilərsə, komandaya gətirəcəyi baş məşqçini də müəyyənləşdirib. O, keçmiş yetirməsi Okan Burukla bu barədə ilkin danışıq aparıb.
Qeyd edək ki, Fatih Terimin "Qalatasaray"la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı