Faydasız üstünlük - STATİSTİKA
25.02.2022 - 00:00
Faydasız üstünlük - STATİSTİKA

“Qarabağ” – “Marsel” oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında 0:3 hesabı ilə uduzan Ağdam klubu görüşdə topa daha çox nəzarət edib.

Qurban Qurbanovun yetirmələri demək olar bütün komponentlərdə rəqibdən öndə olub. Lakin bu üstünlük hesabda əksini tapmayıb.

“Qarabağ” – “Marsel”
Qollar – 0:3
Topa nəzarət (faizlə) – 56:44
Zərbələr – 19:6
Hücumlar – 82:29
Künc zərbələri – 14:1
Ötürmə dəqiqlıyi (faizlə) – 82:82
Ötürmələr – 429:362
Dəqiq ötürmələr - 362:296
Ofsayd – 3:2
Seyv – 2:2
Sarı vərəqələr – 3:5
Qırmızı vərəqələr – 0:0