La Liqa rəhbərliyi İspaniya Kral Futbol Federasiyasının fikrinə qatılmır.
Apasport.az saytının məlumatına görə, qurum avrokuboklarda iştirak edəcək komandaların məhz La Liqa rəhbərliyinin müəyyən etməsini istəyir.
Onlar hesab edirlər ki, İspaniya Kral Futbol Federasiyasının "mövsüm bərpa edilməsə, turnir cədvəlindəki mövqelərə uyğun avrokuboklara vəsiqə veriləcək" qərarı doğru deyil.
Qeyd edək ki, federasiyanın açıqlamasına əsasən, əgər mövsüm ləğv edilsə, "Barselona", "Real", "Sevilya" və "Real Sosyedad" Çempionlar Liqasına, "Atletiko", "Xetafe" və "Atletik" isə Avropa Liqasında iştirak hüququ qazanacaq.