Federasiyada prezident seçkilərinin vaxtı açıqlandı
05.04.2022 - 15:15
Federasiyada prezident seçkilərinin vaxtı açıqlandı

Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezident seçkilərinin tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qurum yeni rəhbərini iki ay sonra seçəcək.

Növbədənkənar seçki iyunun 16-da baş tutacaq. Həmin vaxta qədər bu vəzifəni Servet Yardımcı icra edəcək.

Qeyd edək ki, TFF prezidenti Nihat Özdemir dünən istefa verib.