Fernandeş gəldi, Poqba gedəcək
31.01.2020 - 11:58
Fernandeş gəldi, Poqba gedəcək

"Sportinq"dən Bruno Fernandeşi transfer edən "Mançester Yunayted" digər yarımmüdafiəçisi Pol Poqbanı yola salacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Fransa millisinin üzvü ilə mövsümün sonunda vidalaşacaq.

"Qırmızı şeytanlar" onun gedişini asanlaşdırmaq üçün transfer məbləğində də endirim edəcək. Belə ki, ötən yayda 27 yaşlı orta sahə oyunçusunu 150 milyon avroya "Real"a satmayan "mankunianlar" bu dəfə 120 milyonluq təklifə müsbət cavab verəcəklər.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan hələ də Poqbanı komandasında görməkdə maraqlıdır.