Filip Ozobiç Budapeştdə Nikola Mitroviçin qonağı oldu
04.01.2020 - 13:40
Filip Ozobiç Budapeştdə Nikola Mitroviçin qonağı oldu

"Qarabağ"ın futbolçusu Filip Ozobiç istirahət üçün Macarıstana yollanıb. 

Apasport.az saytının məlumatına görə, xorvatiyalı oyunçu Budapeştdə Azərbaycandan tanış olduğu futbolçu ilə görüşüb. 

28 yarımmüdafiəçi Nikola Mitroviçin qonağı olub. Hazırda Macarıstanın Yüksək Liqasında yarışan "Zalaeqerseq"də çıxış edən serbiyalı ölkəmizdə "Keşlə"nin forması geyinib.
 

0
Filip Ozobiç Qarabağ Nikola Mitroviç