Final matçının tarixi dəyişdirildi – ölkə kubokunda
05.03.2022 - 15:21
Final matçının tarixi dəyişdirildi – ölkə kubokunda

Fransa kubokunun final matçının tarixi dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, qarşılaşma öncədən təyin olunduğu kimi, mayın 8-də gerçəkləşməyəcək.

Fransa Futbol Federasiyası görüşün mayın 7-də “Stad de Frans”da keçirilməsini qərara alıb. Bu qərar finalçı klublar və kubokun yayımçıları ilə məsləhətləşərək qəbul edilib.

Qeyd edək ki, həlledici qarşılaşmada “Nitsa” ilə “Nant” üz-üzə gələcək.

0