Firmino finalda oynamayacaq – SƏBƏB
26.02.2022 - 23:09
“Liverpul”un futbolçusu Roberto Firmino Liqa kubokunun finalında oynamayacaq.
Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Çelsi” ilə qarşılaşmanı buraxacaq.
O, zədədən sonra tam bərpa olunmayıb. Onun komanda yoldaşı Dioqo Jotanın matçdakı iştirakı isə sual altındadır.
Qeyd edək ki, “Çelsi” ilə “Liverpul” arasında final matçı sabah keçiriləcək.
0
0