Fransa klubunda istefa – Vieyra göndərilir
04.12.2020 - 10:21
Fransanın “Nitsa” klubunun rəhbərliyi baş məşqçi Patrik Vieyra ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi mütəxəssisi istefaya göndərəcək.
Avropa Liqasının qrup mərhələsinin V turunda “Bayer”ə 2:3 hesabı ilə uduzan fransalılar 1/16 final şansını itirib. Bu uğursuzluq klub rəhbərliyinin səbir kasasını daşırıb.
Qeyd edək ki, “Nitsa” ölkə çempionatında 11 turdan sonra 11-cidir.
0
0