Fransalı futbolçu: “Qarabağ” önündə rahat deyildik”
04.04.2022 - 15:21
Fransalı futbolçu: “Qarabağ” önündə rahat deyildik”

“Marsel”in yarımmüdafiəçisi Valentin Ronqier Konfrans Liqasının 1/4 final mərhələsindəki şanslarını dəyərləndirib.

Apasport.az saytının “lephoceen.fr”ə istinadən məlumatına görə, 28 yaşlı futbolçu Yunanıstan klubu PAOK-la görüşə arxayın çıxmayacaqlarını deyib.

Fransalı oyunçu pley-off mərhələsində “Qarabağ”, 1/8 finalda isə “Bazel”lə matçı da xatırlayıb. O, Azərbaycan və İsveçrə klubu ilə qarşılaşmalara da ciddi yanaşdıqlarını vurğulayıb: “Bundan əvvəlki mərhələlərdə “Qarabağ” və “Bazel”i keçsək də, hər iki komanda önündə rahat deyildik. Ancaq yenə də qələbə qazanmağı bacardıq. Bizi PAOK-la da ciddi sınaq gözləyir. Cavab matçını atmosferi isti olan stadionda keçirəcəyik. Çox çətin olacaq”.

Qeyd edək ki, “Marsel” – PAOK oyunu aprelin 7-də keçiriləcək. Fransa klubu pley-off mərhələsində “Qarabağ”ı 3:1 və 3:0 hesabı ilə məğlub edib.