Fransalı hakimlərə əmanət - İrlandiya - Azərbaycan oyununu
02.09.2021 - 12:15
Fransalı hakimlərə əmanət - İrlandiya - Azərbaycan oyununu

DÇ-2022-nin seçmə mərhələsinin V turunun İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın 4-də keçiriləcək matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

Dublindəki “Aviva” stadionundakı qarşılaşmada baş hakim Cerom Brisar olacaq. Ona Bencamin Peyc və Finjin Ervan Kristof yardım edəcək. Mikael Lesaj dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Stefani Frappar VAR hakimi olacaq. Onun köməkçisi kimi qarşılaşmaya Mikael Berşebru təyinat alıb.