Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Lion"un qonağı olacaq "Yuventus" səfərdə dəstəksiz qalmayacaq.
Apasport.az saytının məlumatına görə, "qoca sinyora"nın fanatları Fransaya buraxılacaqlar.
Fransanın səhiyyə naziri Olivye Veran İtaliyanın koronavirusun sürətlə yayıldığı ölkələr sırasında olmasına baxmayaraq, azarkeşlərlə bağlı məsələdə maneçilik törədilməyəcəyini açıqlayıb: "İtalyan azarkeşlər Liona gələcəklər. Heç bir məhdudiyyət yoxdur. İtaliya ilə sərhədi bağlamaq mənasızdır. Yerli hakimiyyət orqanları ilə UEFA arasında davamlı əlaqələr qurulub. UEFA vəziyyəti yaxından izləməyimizi, klublarla və məsul orqanlarla əlaqə saxlamağımızı tələb edir".
Qeyd edək ki, "Lion" - "Yuventus" matçı fevralın 26-da keçiriləcək.
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”