Fransaya köçə bilər – İtaliya millisinin hücumçusu
10.06.2020 - 12:25
Fransaya köçə bilər – İtaliya millisinin hücumçusu

“Torino”nun hücumçusu Andrea Belotti mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Monako” 26 yaşlı forvardın xidmətində maraqlıdır.

Heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran Knyazlıq klubu hücum xəttini məhz Belotti ilə gücləndirmək niyyətindədir. Liqa1 təmsilçisi komandanı tərk etməsi gözlənilən Vissam Ben-Yedderin boşluğunu məhz İtaliya millisinin üzvü ilə doldurmaq istəyir. 
Qeyd edək ki, Andrea Belotti “Torino”ya 2015-ci ildə “Palermo”dan keçib. Onun turinlilərlə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
 

0