Futbolçulara supermarket qadağası – Premyer Liqa klubunda
26.12.2020 - 22:24
Futbolçulara supermarket qadağası – Premyer Liqa klubunda

İngiltərənin “Vulverhempton” klubunda koronavirusla mübarizədə maraqlı metoddan istifadə olunur.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi futbolçuların alış-veriş üçün supermarketlərə gedişini qadağan edib.

Bunu komandanın baş məşqçisi Nuno Santo deyib. O bildirib ki, bunun üçün xüsusi işçilər ayrılıb: “Risklərdən qaçmalıyıq, çünki məhdud heyətimiz var. Hazırkı durumda belə, problem yaşayırıq. Futbolçuların əvəzinə supermarketdən alış-veriş edib, onlara çatdıran işçilər ayırmışıq. Oyunçuları itirmək şansımız yoxdur”.

Qeyd edək ki, “Vulverhemtpon” 14 turdan sonra 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
 

0