Futbolçularını satır – “İnter”
12.12.2020 - 12:09
İtaliyanın “İnter” klubu qış transfer dövründə üç futbolçusunu satacaq.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi baş məşqçi Antonio Kontenin güvənmədiyi oyunçuları heyətdə saxlamağa ehtiyac görmür.
Mütəxəssislə münasibətləri korlanan Kristian Eriksen komandanı tərk etməyə ilk namizəddir. Danimarkalı İngiltərə “Arsenal”ının transfer siyahısında da yer alıb.
Milan təmsilçisi Raca Naynqolan və Matias Vesinonu da satmaq fikrindədir. Yarımmüdafiəçilər komandaya istənilən faydanı vermədiyi üçün transferə çıxarılmaları məqsədəuyğun hesab olunur.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0