Gecikən finiş – 11 ildən sonra
24.12.2020 - 11:54
Gecikən finiş – 11 ildən sonra

Bu gün Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, klublar qış fasiləsinə yeni ilə 7 gün qalmış yollanacaq.

Azarkeşlər də, klublar da fasilənin daha tez başlamasına adət edib. Həqiqətən də adətən ilə daha tez yekun vurulub.

Bu il finişin gecikməsi koronavirus pandemiyası ilə bağlıdır. Amma ilk belə hal deyil. 5 dəfə oyunların daha gec keçirilməsinə təsadüf olunub. 1996, 1997, 2001, 2009 və 2012-ci illərdə çempionat görüşləri daha gec keçirilib.

Amma bunlardan yalnız birində - 2009-cu ildə, yəni 2009/10 mövsümünün qış fasiləsi öncəsi tur yubanıb. 11 il əvvəl son tur dekabrın 24-də və 26-dakı matçlardan ibarət olub. Digər 4 ildə isə təxirə salınmış matçlar üzündən finiş gecikib.
 

0