Götze klubunu dəyişir - Almaniyada qalacaq
25.03.2020 - 00:06
Götze klubunu dəyişir - Almaniyada qalacaq

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mario Götze klubunu dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü Almaniyanın digər komandasına keçmək fikrindədir.

"Borussiya" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı oyunçu rəhbərliyin yeni saziş təklifini qəbul etməyib. Hazırda illik məvacibi 10 milyon avro olan ulduz futbolçu az məvacibə "Herta"ya keçməyin əleyhinə deyil. "Tottenhem" və "İnter"in maraq dairəsində olmasına baxmayaraq, Götze Almaniyanı tərk etmək barədə düşünmür. "Borussiya"da az oyun şansı əldə edən futbolçu üçün qalmaq son variantdır.

Qeyd edək ki, "Borussiya"nın yetirməsi olan Mario Götzenin 2013-2016-cı illərdə "Bavariya"dakı çıxış istisna olmaqla karyerası Dortmund klubu ilə bağlıdır.