Azərbaycan kubokunun 1/16 final mərhələsində ilk oyunlara yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında 6 matç baş tutub.
Təkcə günün deyil, mərhələnin sensasiyası EKOL-un qarşılaşmasına təsadüf edib. Kubokun son qalibi, Yüksək Liqanın iddialılarından olan komanda gözlənilmədən ikinci liqa təmsilçisi NTD-yə uduzub.
“Forza Neftçi” “Badamlı”ya, “Xızı Futzal” “Baker Tilly”yə məğlub olub. “Standard” “Dalğa” üzərində böyükhesablı qələbə qazanıb.
İki matçda heç-heçə qeydə alınıb. “Bakı” TFK – “Nəqşicahan” görüşündə rəqiblər hərəyə bir dəfə fərqlənibsə, “Yasamal” İSK – “Atletiko Baku” oyununda 8 qol vurulub.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları fevralın 14-16 fevralda keçiriləcək.
Azərbaycan kuboku
1/16 final, ilk oyunlar
8 fevral
“Forza Neftçi” – “Badamlı” - 2:5
“Bakı” TFK – “Nəqşicahan” - 1:1
EKOL – NTD - 2:5
“Yasamal” İSK – “Atletiko Baku” - 4:4
“Standard” – “Dalğa” - 6:1
“Xızı Futzal” – “Baker Tilly” - 0:5
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı